2020-ci ildə yaranmış pandemiya sonuncu olmayacaq, buna görə də dünya ictimaiyyətini səhiyyə sistemlərinin mühafizəsini gücləndirməyə və yeni fövqəladə vəziyyətlərə hazırlamaq lazımdır.
Oxu24.com TASS-a istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib.
"Tarix bizə deyir ki, indiki pandemiya sonuncu olmayacaq və epidemiyalar həyatın reallığıdır", - o Cenevrədə Beynəlxalq Epidemiya əleyhinə hazırlıq Günü ilə əlaqədar videomüraciətində qeyd edib.
Oxu24.com
ŞƏRHLƏR