Pandemiyanın ilk dövrlərindən başlayarq koronavirusun əlamətləri gündəmdədir. İndiyə kimi Covid-in bir çox simptomları ortaya çıxıb və zaman keçdikcə bu sıraya yeni əlamətlər əlavə olunur. Bu gün koronavirusun əlamətləri ilkin dövrdə olduğu kimi təkcə hərarət, öskürək, təngnəfəslik deyil. Bu siyahı gündən-günə genişlənir. Covid-ə yoluxanların heç də hamısında eyni əlamətlər müşahidə olunmur. Mütəxəssislər bildirir ki, əlamətlərin ortaya çıxması da orqanizmin vəziyyətindən, yaşdan, immun səviyyəsindən, virus yükündən və s. amillərdən asılıdır.
Oxu24.com e-tibb.az-a istinadən bildirir ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinə görə, Covid-19-un göstəricisi sayılan əlamətlər aşağıdakılardır:
Hərarət
Öskürək
Təngnəfəslik, nəfəs almada çətinlik
Üşütmə
Titrətmə
Əzələ ağrısı
Baş ağrısı
Boğaz ağrısı
Dad və qoxu bilmənin itməsi
Əlamətlərin əsasən aşağıdakı ardıcıllıqla ortaya çıxdığı bildirilir:
1-3- cü günlərdə soyuqlama və qripə bənzər əlamətlər yaranır.
Yüngül hərarət və boğaz ağrısı orraya çıxır. İmmunitet zəifdirsə, ürək bulanma və ishal da yarana bilir.
4-cü gün: Boğaz ağrısı şiddətlənir. Səs kallaşır. Qidalanmada çətinlik yaranması mümkündür. Zəif baş ağrısı ilə yanaşı ishal yaranır.
5-ci gün: Boğaz ağrısı şiddətlənir. Qidalanma, maye qəbulu çox ağır bir hala gəlir. Bədəni, əzaları hərəkət etdirən zaman ağrı yaranır. Oynaq ağrıları olur.
6-cı gün: Quru öksürək başlayır. Danışanda, udqunanda boğaz ağrısı şiddətlənir. Şiddətli bir yorğunluq hissi olur. Ürəkbulanma artır. Tədricən nəfəs almada çətinlik yaranır. İshal və qusma şiddətlənir.
7-ci gün: Hərarət 38 dərəcəyə yüksəlir. Öskürək və bəlğəm çox şiddətlənir. Bədən və baş ağrıları ilə yanaşı qusma da çox çox şiddətli olur.
8-ci gün: Nəfəs alıb-vermə çox çətinləşir. Döş qəfəsi çox ağrılı olur. Öskürəklə yanaşı baş və oynaq ağrıları daha da artır. Hərarət 38 dərəcəni keçir.
9-cu gün. Bütün əlamətlər şiddətlənir. Üzdə və dodaqlarda maviləşmə yaranır. Öskürək və bəlğəm bir qədər də artır. Bədən və baş ağrısı ilə yanaşı qusma da çox şiddətli bir hala gəlir...
Mütəxəssislər bildirir ki, bu əlamətlər olarsa, yubanmadan həkimə, təcili yardıma müraciət olunmalıdır. Yuxarıda da qeyd olunduğu kimi, koronavirus heç də hamıda bu əlamətlərlə özünü göstərmir və hamıda bu kimi ağırlaşmalar qeydə alınmır. Qeyd olunanlar ümumi və daha çox nəzərə çarpan simptomlar hesab olunur.
Koronavirusun daha bir simptomunun gözdə konyunktivit əlamətləri, qızartı olduğu müəyyən olunub. Bu, geniş yayılan yox, nadir əlamətlərdən hesab olunur. Mütəxəssislər bu əlaməti olanlara da diqqətli olmağı tövsiyə edirlər. Eyni zamanda oftalmoloqlara tövsiyə olunur ki, konyunktivit əlaməti olanlara covid şübhəsi ilə yanaşıb əlavə müayinələr aparsınlar.
Oxu24.com
ŞƏRHLƏR