Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45218
az

Qışda COVID-dən qorunmanın ən sadə yolu- Mütəxəssis AÇIQLAYIB

20:5526 Dekabr, 2020
3213
TİBB
  • A

Həkimlər koronavirusdan qorunmanın ən sadə yolu haqda danışıblar.

Oxu24.com e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan olan immunoloq, xüsusi təhlükəli infeksiyalar üzrə mütəxəssis Vladislav Jemçukov qışda olduğumuz məkanlar-binalar, ofislər, mənzillərdə havanı tez-tez dəyişmək, həmin mühiti daha çox nəm saxlamaqla koronavirusdan daha yaxşı qorunmağa nail ola biləcəyimizi açıqlayıb. Onun sözlərinə görə, havadakı patogenlərin konsentrasiyası nə qədər yüksəkdirsə, koronavirusa yoluxma riski də bir o qədər artır: "COVID-19 infeksiyası riskini azaltmaq üçün otaqların, binaların havasını tez-tez dəyişmək, qapalı mühitləri havalandırmaq lazımdır".

Mütəxəssis vurğulayıb ki, qapalı məkanlarda olan insanlar ən böyük koronavirus infeksiyası riski altındadır. İmmunoloq deyib ki, olduğumuz məkanlarda davamlı nəm təmizlik işləri aparılmalıdır. Tozlu havada, tək koronavirus deyil, başqa zərərli viruslar və s. ola bilər: "Otaqlarda, qapalı məkanlarda nəm təmizliklə yanaşı tez-tez havanı dəyişmək də çox vacibdir. Bütün bunlar virus miqdarını azaldacaq".

Mütəxəssis onu da vurğulayıb ki, ictimai nəqliyyatda virusların yayılmasının qarşısını almaq üçün filtrasiya ilə yaxşı havalandırma olmalıdır.

Bir qədər əvvəl İngiltərə alimləri soyuq mövsümdə, zəif havalandırma səbəbindən  koronavirus infeksiyasına yoluxma riskinin üçdə bir arta biləcəyinə dair xəbərdar edib, binaların havalandırılmasının vacib olduğuna dair  tövsiyə veriblər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı