Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45214
az

Koronavirusa yoluxanların ağırlaşmasına səbəb olan əsas səhvlər - Həkim RƏYİ

20:2026 Dekabr, 2020
3075
CƏMİYYƏT
  • A

Son zamanlar bir çox mütəxəssislər koronavirus xəstələrinin ağırlaşmasına səbəb olan amillər haqda danışırlar. Mütəxəssislər hesab edir ki, əsasən evdə müalicə zamanı yol verilən yanlışlar, ələlxüsus da ehtiyac olmadığı halda antibiotik, horomonal dərmanların qəbulu xəstələri ağırlaşdırır.

Oxu24.com e-tibb.az-a istinadən bildirir ki, Rusiyadn olan həkim- terapevt, tibb elmləri namizədi Andrey Kondraxin də koronavirusa yoluxanların ağırlaşmasına səbəb olan əsas səhvlərdən bəhs edib. Onun sözlərinə görə, bədəni yükləməmək, düzgün qidalanmaya riayət etmək və spirtli içki qəbul etməmək vacib şərtdir.
Tam olmayan müalicə xəstələrin yenidən ağırlaşmasına, xəstəliyin şiddətlənməsinə səbəb olur. Həkim deyib ki, terapiya çox erkən dayandırılsa, xəstəlik həqiqətən geri qayıda bilər. Onun sözlərinə görə, bir çox xəstələr xəstəxanalardan ən qısa müddətdə çıxmağı və simptomlar aradan qaldırılan kimi dərman qəbulunu dayandırmağı üstün tuturlar: "Fəsad riskini azaltmaq üçün bir neçə şərtə və ən başlıcası evdə müalicə üçün həkim tövsiyələrinə riayət edilməlidir. Dərmanlar bir aylıq təyin olunubsa, bir ay içilməlidir. Qanı ianalizini zləmək və sağalandan iki həftə sonra yenidən test aparmaq da vacibdir".
Bundan əlavə, mütəxəssis vurğulayıb ki, zəifləmiş orqanizm soyuqdan, üşüməkdən qorumaq çox vacibdir. O, ən azı bir ay ərzində fiziki fəaliyyətdən, yağlı, ədviyyatlı, şirin və duzlu qidalardan və alkoqoldan imtina etməyin vacibliyini qeyd edib. Terapevt B və D vitaminlərinin səviyyəsini idarə etməyi və qan təzyiqini izləməyi də məsləhət görüb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İnsan orqanizmində yeni həyat forması tapıldı
Yeni il axşamı zəlzələ olacaq
Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı