Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45166
az

Gözü zəif olan şagirdə “korsan” deyən müəllimə töhmət verildi - FOTO

10:3126 Dekabr, 2020
2154
REDAKTORUN SEÇİMİ
  • A

Abşeron rayonunda gözü zəif görən üçüncü sinif şagirdinə "anormalsan, korsan” deyən müəllimə töhmət verilib.

Oxu24.com-un "Qafqazinfo”ya istinadən xəbərinə görə, vətəndaş Nicat Məmmədov sosial şəbəkə hesabında məlumat paylaşaraq bildirib ki, bacısı qızı Masazır qəsəbəsində yerləşən məktəblərin birində təhsil alır:

"Sinif rəhbərləri uşaqlara məktəbdə normal dərs keçmir ki, əlavə 50 manata hazırlığa getsinlər. Bacım qızı da iki ay hazırlığa getdi, sonra qərara gəldik ki, hazırlığı saxlayaq. Uşağı hazırlıqdan çıxardığımız üçün bu "müəllimə” uşaqla prinsip aparmağa, ayrı-seçkilik etməyə başlayıb.

O gün də onlayn dərsdə uşağa "anormalsan, korsan” deyərək uşaqların içində təhqir edib. Uşağın gözündə zəiflik var, eynək taxır. Bacım normal olaraq mədəni şəkildə bu davranışın səbəbini soruşub, o da sərt cavab verib”. 

Məlumat ictimailəşdikdən sonra Təhsil Nazirliyi məsələni nəzarətə götürüb.

Nicat Məmmədov bildirib ki, məktəb direktorunun təklifi ilə uşağın sinfi dəyişdirilib, həmin müəllimə isə izahatı alındıqdan sonra töhmət verilib.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Pensiya alanlara ŞAD XƏBƏR
Yeni il axşamı Moskvada zəlzələ ola bilər - Proqnoz
Heyvan bazarında kəskin bahalaşma: İnək neçəyə oldu? (VİDEO)

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu