Yunanıstan İsraildən aldığı çoxlu sayda PUA ilə baza quracaq və ordunun modernləşdirilməsi istiqamətində addımlar atacaq.
Redaktor.az bildirir ki, bu barədə Yunanıstan KİV-ləri məlumat yayıb.
Məlumatda Türkiyə PUA-larına qarşı ciddi addımların atılmasının zəruriliyi öz əksini tapıb. Bütün dünyanı həyəcanlandıran Türkiyə texnologiyasına qarşı dərhal hərəkətə keçilməli olduğu vurğulanıb.
Hərbi baza Egey dənizində yerləşən İskiri adasında qurulur. Digər tərəfdən, Türkiyə PUA-larının necə təsirsiz hala gətiriləcəyi planlaşdırılır.
Həmçinin, qeyd olunur ki, Yunanıstan "Patriot" müdafiə sistemini müasirləşdirəcək. Artıq bununla bağlı müqavilə ölkə parlamentində təsdiqlənib.
Oxu24.com
ŞƏRHLƏR