Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45142
az

SMS-icazə alıb rayonlara getmək istəyənlərə DYP-dən xəbərdarlıq

21:3625 Dekabr, 2020
3435
HÜQUQ
  • A

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin hərəkət iştirakçılarına müraciət edib.

 

DYP-dən  daxil olan müraciətdə deyilir:


"Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 14 dekabr 2020-ci il saat 00:00-dan etibarən Bakı-Quba yolunun 52-ci km-də, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də və Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən xüsusi karantin keçid postlarında nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Qeyd edilən postlardan müvafiq icazə olmadan keçməyə cəhd göstərən şəxslər müəyyən olunaraq nəqliyyat vasitələri ilə birlikdə geri qaytarılır və karantin rejimi qaydalarını pozan vətəndaşlar barəsində inzibati tənbeh tədbirləri tətbiq edilir.

 

Lakin yoxlamalar zamanı müşahidə olunur ki, bəzi vətəndaşlar SMS vasitəsi ilə icazə alıb və ya buraxılış üçün əsas verməyən sənədlərlə postlardan keçməyə, daimi qeydiyyatda olduqları şəhər və rayonun ərazisindən müxtəlif yollarla çıxmağa çalışırlar.

Bununla da müvafiq icazəsi olan şəxslərin ləngimələrinə, uzun müddət növbələrdə qalmalarına səbəb olur və onlara maneçilik törədirlər. İcazəsi olmayan şəxslər karantin postlarından buraxılmayacaqlarını nəzərə alıb, uzun məsafə qət edərək postlara gəlməklə həm vaxt itkisinə yol verməsinlər, həm də əlavə əziyyət çəkməsinlər.


Bir daha vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin həyat və sağlamlığının qorunmasına xidmət edir. Ümid edirik ki, hər bir hərəkət iştirakçısı şəxsi məsuliyyətini artırmaqla, sərtləşdirilmiş karantin rejimi qaydalarına ciddi riayət etməklə bu qorxunc virusun geniş yayılmasının qarşısının alınmasında öz səylərini əsirgəməyəcək”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sumqayıtda ilk dəfə "Dünya Vəkil Cübbələri və Atributları" sərgisi keçirilir
Aliment borcu bu hallarda    silinə     bilər
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu