Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45127
az

Şəhid Rahid Babayevin ailəsinə Prezidentin aylıq təqaüdü təyin edilib

19:4425 Dekabr, 2020
2682
SON DƏQİQƏ
  • A

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Babayev Rahid Bəxtiyar oğlunun ailəsinə də müvafiq sosial dəstək işləri aparır.

Oxu24.com  xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Məlumata görə, şəhidin ailəsi ilə görüşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onlara Prezidentin aylıq təqaüdünün təyin edildiyini bildiriblər.

Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alacaqları, pensiya təyin olunacağı halda uşaqların hər birinə aylıq müavinət də ödəniləcəyi bildirilib.

Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri barədə də məlumat verilib.

Şəhidin orta ixtisas təhsilli olan həyat yoldaşının işlə təmin olunması məsələsinin də diqqətdə saxlanacağı qeyd edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

38 nəfər ölüb
Yasamalda çoxmərtəbəli binada yanğın başlayıb
Matəm günündə dərs olacaq?- RƏSMİ AÇIQLAMA

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Pirotexniki vasitələr satan 17     nəfər      saxlanıldı