Yunanıstan Egey hövzəsində təxribatlarını davam etdirir.
Oxu24.com xəbər verir ki, ötən gün bölgədə yerləşən bəzi adalara səfər edən ölkənin Baş qərargah rəisi Konstantinos Floros Türkiyəni hədəf alan açıqlamalar verib.
Bu gün isə Yunanıstan mediasında qalmaqallı xəbərlər dərc olunub. Belə ki, mətbuat ölkənin İskiris adasında pilotsuz uçuş aparatları bazası qurulacağı, buradan bütün bölgənin müşahidə ediləcəyi və Türkiyəyə qarşı qoşun yığılması barədə xəbər verib.
Bundan başqa, Yunanıstanın hava hücumundan müdafiə sistemlərini müasirləşdirmə planları da mövcuddur.
Qeyd edək ki, sözügedən ada Türkiyədən 4-6 mil məsafədə yerləşir.(Publika)
Oxu24.com
ŞƏRHLƏR