Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45076
az

Yevlaxda silahlı erməninin aşkar edilməsi barədə məlumat doğru deyil - RƏSMİ

00:5925 Dekabr, 2020
10170
CƏMİYYƏT
  • A

Bu gün sosial şəbəkələrdə Yevlax rayonunun Kövər kəndində erməni milliyyətinə məxsus silahlı şəxsin aşkar edilməsi barədə yayılmış videogörüntü həqiqəti əks etdirmir.

Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Qeyd edilir ki, kənd sakinləri tərəfindən aşkarlanan şəxsin kimliyinin müəyyən edilməsi üçün Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılıb. Araşdırma zamanı həmin şəxsin ruhi-əsəb xəstəliyi olan Yevlax şəhər sakini R.Ə. olduğu müəyyən edilib. Saxlanılarkən ondan istifadəyə yararsız 2 ədəd əl qumbarası da götürülüb. Aşkar edilən şəxsin müalicəsinin davam etdirilməsi üçün ruhi-əsəb xəstəlikləri dispanserinə yerləşdirilib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu bürc böyük uğur qazana biləcək - yüksək gəlir əldə edəcəklər
2024-ün ən şanslı 3 bürcü açıqlandı
Günün qoroskopu: Mühüm qərarları tələsmədən qəbul edin7 Oktyabr 2023