Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4505
az

Dırnaqlardakı bu ləkələr xəstəlik xəbərçisidir - Diqqət

17:5614 Avqust, 2018
870
TİBB
  • A
 ABŞ-ın Dermotologiya Akademiyasının ekspertləri iddia edirlər ki, diaqnoz qoymaq üçün əl dırnaqlarına cəmi bir dəfə baxmaq kifayətdir.

Oxu24.com Medicina.az-a istinadən xəbər verir ki, alimlərin sözlərinə görə dırnaqlarla anemiyanın əlamətləri, ağ ciyər problemləri, göbələk xəstəliyinin mövcudluğunu aşkar etmək olar.

Belə ki, əgər dırnaq örtüyü sarı rəndədirsə və lay-lay olursa, bu həmin insanın göbələk virusuna yoluxduğunu göstərir. Həmçinin qaraciyər, limfa sistemi və ya xroniki bronxit kimi ağ ciyər xəstəliyinin olması da istisna edilmir.

Dırnaq altındakı qara xətlər dəri xərçənginin-melanoma riskinin yüksək olması ilə bağlıdır. Ekspertlər xətlərin aşkar olunması zamanı dərhal mütəxəssislərə müraciət etməyi tövsiyə edirlər.
 
Barmaqların uclarının qeyri-adi şəkildə böyüməsi və dırnaqların əyilməsi isə ürək və ağ ciyər xəstəlikləri (anadangəlmə qüsur, xroniki ağ ciygər infeksiyası, qara ciyərin serrozu və ya ürəyin kameralarının infeksiyası istisna edilmir) nəticəsində qanda oksigenin çatışmazlığının göstəricisidir. Ən geniş yayılmış səbəblərdən biri ağ ciyər xərçəngidir.
 
Çatlamış və ya üzəri çökəklərlə örtülmüş dırnaqlara tez-tez psoriaz, xroniki dermotit, ocaq alopetsiyası və ya artrit xəstəliyi olan adamlarda rast gəlinir.
 
Dırnaqlar üzərindəki zolaqlar isə aşağı temperaturun təsirinə məruz qalan, Reyno xəstəliyindən əziyyət çəkən, nəzarət olunmayan diabet, sətəlcəm, qızılca və qan dövranı xəstəlikləri olan adamlarda müşahidə olunur.

Dırnaq örtüyünün böyük hissəsi ağ rəngdə olduqda, o zaman qara ciyər serrozunu, diabeti, durğun ürək çatışmazlığını yoxlatmağa dəyər. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürək xəstəliyi və qalxanvari vəz əlaqəli imiş..
Üzünüzdəki 2 əlamət bu xəstəlikdən xəbər verir
Hansı bağırsaq şişləri ən təhlükəlidir?

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü