Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45003
az

SON DƏQİQƏ! Bakıda əməliyyat: Tutulan var

13:0224 Dekabr, 2020
1546
KRİMİNAL
  • A

Paytaxtın Nizami rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən 4 kiloqram heroin və tiryək aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu24.com-a  verilən xəbərə görə, daxili işlər orqanları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar davam etdirilir.

Daxil olmuş əməliyyat məlumatı əsasında paytaxtın Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbir zamanı əvvəllər məhkum olunmuş Ələddin Abdullayev saxlanılıb. Onun əlindəki selofan torbaya baxış zamanı külli miqdarda – 3 kiloqram 510 qram heroin və 495 qram tiryək aşkar edilərək götürülüb. 

Araşdırma zamanı müəyyən edilib ki, Ələddin Abdullayev narkotik vasitələri tanışı xarici ölkələrdən birinin vətəndaşından satmaq məqsədi ilə əldə edib. 

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, adı çəkilən şəxs tutularaq istintaqa təqdim olunub.

Əldə edilən narkotik vasitələrin mənbəyinin aşkar edilməsi istiqamətində zəruri istintaq, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Xoruz davaya səbəb oldu - 3 nəfər bıçaqlandı
Həbsdə olan oğluna psixotrop maddə keçirmək istəyən ana saxlanıldı
Polis Nərimanovda əməliyyat keçirdi: Həbs edilənlər var (VİDEO)

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Xoruz davaya səbəb oldu - 3 nəfər bıçaqlandı