Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4498
az

Ermənistanın axtarışa verdiyi general Moskvada mərkəzdə yaşayır - İrəvan Moskvadan qorxduğunu etiraf edir

13:1214 Avqust, 2018
1237
DÜNYA
  • A
 2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunaraq axtarışa verilən Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikael Arutyunyan hazırda Moskvadadır.

Oxu24.com  xəbər verir ki, bu barədə AzVision.az Ermənistanın “Qraparak” qəzetinə istinadən məlumat yayıb.

Etibarlı mənbələrinə istinad edən qəzet bildirir ki, Ermənistanın hüquq-mühafizə orqanları Arutyunyanın yerini müəyyənləşdirə biliblər, lakin onu həbs edə bilmirlər.

“Məsələ ondadır ki, Mikael Arutyunyan Rusiya vətəndaşıdır və çox ehtimal ki, rəsmi Moskva onun həbsinə icazə vermir. Bu səbəbdən erməni hüquq-mühafizə orqanları Arutyunyanı tutmağa risk etmirlər.” – deyə, “Qraparak” yazıb.

O da qeyd olunur ki, Ermənistanın Xüsusi İstintaq Xidmətinin (XİX) rəisi Sasun Xaçatryan bəyan edib ki, Arutyunyanın həqiqətən də Rusiya vətəndaşı olub-olmamasını yoxlayırlar. Lakin XİX-dən qəzetə bildiriblər ki, bu, mürəkkəb prosesdir.

“Qraparak” etibarlı mənbələrindən əldə etdiyi məlumata əsaslanaraq onu da bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov da Rusiya vətəndaşıdır. Və 2008-ci ilin 1 mart hadisələrində təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunacağını bilsəydi, Xaçaturov da ifadə verməyə gəlməzdi. Qəzet yazır ki, İrəvan məhz Moskvanın sərt reaksiyası və təzyiqindən qorxaraq KTMT baş katibini dindirildikdən sonra sərbəst buraxıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Los-Ancelesdəki yanğınlar 8 milyon insanı TƏHDİD EDİR
İsrail Azərbaycana yeni səfir təyin etdi -FOTO
Mask Los-Angeles DƏHŞƏTİNDƏN YAZDI: "Səbəbi iqlim dəyişikliyi deyil"

İPhone-nun kamerasının yanındakı dəlik nədir? - Görün nə işə yarayırmış

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Bakıda restoranda baş verən cinayətin ŞOK VİDEOSU
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Plastik cərrahlar efirlərə buraxılmayacaq?- Açıqlama
Hacıqabulda istirahət      mərkəzi     yandı