Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44968
az

Azərbaycanlı gənci vəhşicəsinə döyüb öldürdülər - Meyiti Naxçıvana gətirildi - FOTO

22:1623 Dekabr, 2020
3409
KRİMİNAL
  • A

Türkiyədə bir qrup şəxs tərəfindən döyülərək ağır xəsarət alan Naxçıvan Muxtar Respublikası Ordubad rayon sakini 24 yaşlı Ələkbərov Məhəmmədəli Zakir oğlu xəstəxanada vəfat edib.

Oxu24.com  xəbər verir ki, gəncin meyiti Türkiyədən doğulduğu rayona gətirilərək dəfn edilib.

Bildirilir ki, hadisə təxminən 1 ay əvvəl baş verib. İnternetdə tanış olduğu xanımla görüşə gedən M.Ələkbərovu bir qrup şəxs qarşılayıb.

Onlar İstanbulda işləyən və orada yaşayan Məhəmmdəlini döyərək ağır bədən xəsarətləri yetiriblər. Xəstəxanaya yerləşdirilsə də, daxili orqanları zədələnmiş gəncin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Türkiyə hüquq-mühafizə orqanları araşdırma aparır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yabanı halda bitmiş çətənə kolları məhv edildi
İsmayıllıda çətənə kolları becərən iki ailənin üzvləri saxlanıldı - FOTOLAR
Ondan kömək istəyən təqaüdçülərin kartlarından oğurluq etdi