Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44966
az

Koronavirus bu kişilərin ölümünə səbəb olur

22:1223 Dekabr, 2020
1189
TİBB
  • A

67 min COVID-19 xəstəsinin müayinə olunduğu araşdırmada kişilərin ölüm riskinin qadınlardan 30 faiz daha yüksək olduğu bir daha öz təsdiqini tapıb.

Bu barədə Merilend Universitetinin alimləri araşdırma aparıb.

Oxu24.com  xəbər verir ki, tədqiqatda həmçinin COVID-19-un 20-39 yaş arasında obezlik, hipertoniya və diabet xəstələrinin ölüm riskinin sağlam yaşıdlarına nisbətən daha yüksək olduğu müəyyənləşdirilib.

"The Financial Express" qəzetinin məlumatına görə, ABŞ-dakı Merilend Universitetinin alimləri COVID-19 xəstələrinin ölüm yaşları ilə sağlamlıq vəziyyətləri arasındakı əlaqəni də araşdırıb. Nəticədə uşaqların ölüm hallarının 2 faizdən az olduğu qeyd edilib.

Araşdırmaya rəhbərlik edən Ketrin E.Qodman yaşlı xəstələrin ölüm riskinin ən yüksək olduğunu, ancaq obezlik və ya hipertoniyası olan gənclərin ölüm riskinin daha yüksək olduğunu vurğulayıb.

Tədqiqatın təfərrüatları "Klinik Yoluxucu Xəstəliklər" elmi jurnalında dərc edilib. (publika.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Kişmiş suyunun sağlamlığa faydaları