Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44925
az

Azərbaycan Türkiyədən 80 milyon manatlıq koronavirus vaksini alır

15:0823 Dekabr, 2020
1325
TİBB
  • A

Azərbaycan hökuməti Türkiyədən 4 milyon ədəd koronavirus vaksini almağı qərara alıb.

"Report”un hökumətdəki mənbələrə istinadən verdiyi xəbərə görə, vaksin Türkiyənin "Keymen İlaç” şikrətindən alınacaq.

Qarşılığında isə şirkətə 80 milyon manat civarında vəsait ödəniləcək.

Hökumətin qərarına görə, vəsaitin bir hissəsi Koronavirusla Mübarizəyə Dəstək Fondu, digər hissəsi isə Maliyyə Nazirliyi tərəfindən qarşılanacaq və ilkin mərhələdə "Keymen İlaç” şirkətinə ümumi məbləğin 50 %-i ödəniləcək.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Kişmiş suyunun sağlamlığa faydaları