İngiltərənin Nyukasl şəhərində yaşayan 26 yaşlı Sara Nikolson həyatının şokunu yaşayıb.
Oxu24.com"Mynet.com"a istinadən xəbər verir ki, qarnı durmadan şişən qadın hamilə olduğunu zənn edib. Ancaq şişkinliklə yanaşı qarın ağrısı, yorğunluq əlamətləri də olduğu üçün o həkimə müraciət edib.
Saranın qarnında aparılan müayinədən sonra onun yumurtalıqlarında iki böyük şiş tapılıb. Şişlərdən biri 4.5 kiloqram, digəri isə 1.81 kiloqram böyüklüyündə olub. Həkimlər Saraya şişlərin alınması üçün uşaqlıq əməliyyatı keçirərsə, heç vaxt ana ola bilməyəcəyini deyiblər. Seçim qarşısında qalan Sara Nikolson əməliyyat olunmağa qərar verib. Oxu24.com
ŞƏRHLƏR