"Səhər- səhər bir xanım bir az çətin anlaşılacaq səslə zəng edib ki, Fazil bəy ictimai televiziyadandır və sizdən gündəmə dair müsahibə götürmək istəyirəm. Cavabım dərhal və kəsə oldu: Xanım, siz bilmirsiniz ki, Alışanovun vücudu ilə idarə olunan heç bir televiziyaya artıq mən dəyərli vaxtımı sərf edib müsahibə vermirəm? Xanım jurnalist gülümsəyərək cavabında dedi: Bəy, narahat olmayın, biz Gürcüstanın İctimai televiziyasındanıq, sizin fikirlər maraqlı olduğuna görə oradakı soydaşlarımızla bağlı düşüncələrinizi almaq istədik. Razılıq verdim. Çünki ağılla idarə olunan televiziyalara diqqətsizlik etmək xarakterimdə yoxdur."
Fazil Mustafa, millət vəkili Oxu24.com
ŞƏRHLƏR