Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44752
az

Ermənistanın 12 kəndi və Qafan şəhərinə nəzarət... - DÜŞMƏN ÇƏKİLİR

16:4421 Dekabr, 2020
508
DÜNYA
  • A

Ermənistan Ordusu Qafan şəhəri yaxınlığındakı yüksəklikləri tərk edir. Belə ki, sovet xəritələrinə əsasən, Azərbaycan-Ermənistan sərhədinin bu hissəsi Zəngilan rayonunun ərazisinə düşür. Yüksəkliklərin Azərbaycan Ordusuna təhvil verilməsindən sonra Ermənistanın 12 kəndi və Qafan şəhəri, o cümlədən Gorus yolu əsgərlərimizin nəzarəti altına düşəcək.

Məsələ ilə bağlı Redaktor.az-a danışan millət vəkili Elşad Mirbəşiroğlu düşmənin bundan sonra da zəbt etdiyi ərazilərdən çıxarılacağını bildirib:

“Azərbaycan dövlət sərhədlərini tam şəkildə nəzarətə götürdükdən sonra dəqiq sərhəd xətlərinin müəyyənləşməsi istiqamətində işlər aparıldı. Əslində sərhəd xətləri məlum idi, lakin Ermənistan tərəfi qanunsuz olaraq həmin sərhədləri pozub, Azərbaycan ərazilərini zəbt etmişdilər. Amma dövlət sərhədlərimiz sovet dövründə mövcud olan xətt üzrə müəyyənləşdiyi üçün onlar zəbt etdikləri əraziləri qaytarmağa məcburdular. Bu proses hələ davam edəcək və Ermənistan bizdən oğurladığı, zəbt etdiyi bütün əraziləri geri qaytaracaq”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Stoltenberqin optimist bəyanatı
Lukaşenko ölkədə fəlakətə normal reaksiya verilməməsini tənqid edib