Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44733
az

SON DƏQİQƏ! Azərbaycanda dəhşətli hadisə: Ölən və yaralılar var

11:1421 Dekabr, 2020
2342
REDAKTORUN SEÇİMİ
  • A

Astarada avtomobil aşıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə rayonun Kijəbə qəsəbəsi ərazisində baş verib.

Belə ki, rayonun Ojakəran kənd sakini, 1992-ci il təvəllüdlü Tural Bəxtiyar oğlu Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomobil yoldan çıxaraq aşıb. İdarəetmədən çıxan nəqliyyat vasitəsi sol kənarındakı maneəyə çırpılıb.

Nəticədə avtomobilin sürücüsü T.Həsənov və avtomobildəki sərnişin, onun həmkəndlisi olan 1984-cü il təvəllüdlü Təbriz Nəsrulla oğlu Hidayətov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildəki digər sərnişin Kijəvə qəsəbə sakini 20 yaşlı Hidayət Hidayətov isə dünyasını dəyişib.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilərək travmatologiya şöbəsinə yerləşdiriliblər.

Qəza nəticəsində ölən H.Hidayətovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal olunur.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Hava ilə bağlı AÇIQLAMA
Kişidən taksidə 69 yaşlı qadına qarşı şok əməl: Artıq tutuldu