Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44723
az

SON DƏQİQƏ! Azərbaycanda xeyli sayda erməni meyiti tapıldı

23:5820 Dekabr, 2020
886
SON DƏQİQƏ
  • A

Horadizdə, Cəbrayılda və digər yerlərdə axtarışlar aparan xilasetmə qrupları Qarabağ müharibəsində həlak olmuş daha 22 erməni əsgərinin meyitini aşkarlayıb.

Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

Qeyd edilir ki, axtarış işləri noyabrın 13-dən aparılır. Azərbaycan ərazilərindən indiyədək ümumilikdə 1 020 erməni əsgərinin meyiti çıxarılıb. Axtarış işləri davam edir.

Məlumata görə, növbəti axtarışlar Şuşanın dağ-meşəlik ərazilərində, həmçinin Hadrut və Cəbrayılda aparılacaq. Axtarış işlərində itkin düşən erməni əsgərlərinin valideynləri də iştirak edir. Qeyd edilir ki, Rusya sülməramlıları axtarışların aparılması üçün danışıqlar aparmağa yardım göstərirlər.

Daha əvvəl Ermənistanın “Politik.am“ saytı Qarabağ müharibəsində ölənlərin, yaralıların, itkin düşənlərin və əsirlərin sayı barədə bu günə kimi rəsmi məlumat verilmədiyini vurğulayıb. "Vəziyyəti bir neçə həftə əvvəl Vatikanın Ermənistandakı keçmiş səfiri Mikael Minasyan aydınlığı ilə izah edib. O, müharibədə 4 750 nəfərin həlak olması haqqında bildirib. Hakimiyyət bilir və bu rəqəmi təkzib etməyə çalışır, ancaq sonrakı məlumatlar Minasyanın haqlı olduğunu sübut edib", - sayt vurğulayıb.

Hökumətdəki mənbələr isə sayta bildirib ki, hazırda 1 400 nəfər itkinin və meyiti tanınmaz hala düşmüş 700 ölü var.

Horadizdə, Cəbrayılda daha 22 erməni əsgərinin meyitini aşkarlanması Ermənistan ordusunun Qarabağ müharibəsindəki itkilərinin sayının artdığını göstərir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakı-Qazax magistral yolunda  dəhşət: Ölən şəxs görün kimdir
Türkiyədə futbolçuları daşıyan təyyarəni ildırım vurub
Rusiya bu əraziləri ələ keçirdi

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Yeni inşa olunan binadan 7200 manatlıq oğurluq edildi