Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44711
az

Koronavirus xəstələrinin müalicəsində ƏSAS SƏHV

21:3820 Dekabr, 2020
566
TİBB
  • A

Müalicənin vaxtından əvvəl dayandırılması koronavirus infeksiyasının yenidən kəskinləşməsinə səbəb ola bilər.

Oxu24.com  xəbər verir ki, bu barədə tibb elmləri namizədi Andrey Kondrakin məlumat verib. O, koronavirus xəstələrinin yenidən xəstəxanaya yerləşdirilməsinin səbəblərindən danışıb. Həkimin sözlərinə görə, bu, xəstələrin xəstəxanadan qısa müddətdə çıxmaq və dərman qəbul etməyi dayandırmaq istəkləri ilə əlaqədardır.

"Bəzi dərmanlar var ki, bir ay qəbul etmək lazımdır. Onları sona qədər bitirmək çox vacibdir. İkincisi, sağaldıqdan iki həftə sonra ikinci test etdirməyi unutmayın. Başqa bir vacib şərt odur ki, özünüzü soyuqdan qorumalısınız", - Kondrakin "Veçernaya Moskva" nəşrinə verdiyi müsahibədə deyib.

Mütəxəssis qeyd edib ki, evdə müalicə alarkən özünüzü fiziki baxımdan yükləməyin, mütəmadi olaraq qan təzyiqinizi ölçün. Alkoqoldan, yağlı, ədvalı, şirin və duzlu yeməklərdən də imtina etmək lazımdır. (publika.az)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Kişmiş suyunun sağlamlığa faydaları