Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44696
az

ŞOK! Dünyada yeni virus növü yayılır

19:1220 Dekabr, 2020
811
  • A

Böyük Britaniyada aşkar edilmiş koronavirusun mutasiyaya uğramış yeni forması Niderlandda, Danimarkada və Avstraliyada da qeydə alınıb.

Oxu24.com  xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına istinadən BBC bildirib.

İnfeksiyanın yeni növü daha sürətli yayılır, amma çox öldürücü hesab edilmir. Onun vaksinlərə başqa cür reaksiya verməsinə dair sübutlar yoxdur.

Qeyd edilir ki, ÜST koronavirusun yeni növünün yaranması ilə bağlı Böyük Britaniyanın rəsmi şəxsləri ilə sıx əlaqədədir.

Bir neçə gün əvvəl Britaniya alimləri koronavirusun yeni, mutasiya etmiş variantını aşkarlayıblar. Böyük Britaniyanın Səhiyyə Nazirliyinin başçısı Mett Xenkok bildirib ki, bu, İngiltərənin cənub-şərq hissəsində xəstəliyin sürətli yayılması ilə bağlı ola bilər. Həmin vaxt ölkənin cənubunda yeni ştamla təxminən 1 000 yoluxma qeydə alınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya və Çinin bu addımı ABŞ-ı qorxuya saldı: Ordu hərəkətə keçdi
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək

ABŞ Azərbaycana daha 6 minaaxtaran it göndərdi -FOTO/YENİLƏNDİ


Ata qızının başına müşahidə kamerası quraşdırdı: "Təhlükəsizliyin yeni səviyyəsi" -FOTO/VİDEO

18+

Yanan helikopterdən tullanan kişi sağ qalıb
Pakistanlı kişi qızının başına müşahidə kamerası quraşdırıb
Bu şəxslər vərəmə meyilli olurlar
Sonsuzluğun müalicəsində yeni üsul tapılıb
Cinayətdə şübhəli bilinən 35 nəfər saxlanıldı