Azərbaycanın Horadiz, Cəbrayıl və Zəngilanın Xanlıq kəndindən ermənilər daha 22 hərbçinin meyitini toplayıblar.
Oxu24.com musavat.com-a istinadən bildirir ki, bununla bağlı erməni mediasına istinadən xəbər verir.
Qarabağdakı qondarma qurumun təmsilçisi Unan Tadevosyan bu barədə 20 dekabrdakı açıqlamasında bildirib. Erməni separatçısı deyib ki, 13 noyabrdan bu günədək döyüş meydanından 1020 meyit toplayıblar. Ancaq Qarabağdakı döyüş meydanında axtarışlar davam etdirilir. Bildirilib ki, Şuşa rayonunun dağlıq ərazilərində, həmçinin Hadrut və Cəbrayılda növbəti axtarış işləri aparılacaq. Axtarış əməliyyatlarında itkin düşən hərbçilərin yaxınları, həmçinin Rusya sülhməramlıları iştirak edir.
Oxu24.com
ŞƏRHLƏR