Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44661
az

SON DƏQİQƏ! Ermənistanda ara qarışdı - Matəm yürüşündə qan düşdü

23:5819 Dekabr, 2020
2516
SON DƏQİQƏ
  • A

Ermənistanın paytaxtı Yerevanın "Yerablur" hərbi panteonunda bu gün hökumət tərəfindən keçirilən matəm yürüşündə toqquşmalar olub.

Bu barədə  Oxu24.com ” Ermənistan mətbuatına istinadən xəbər verir.

Kütləvi davanın Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları ilə panteona baş çəkən vətəndaşlar arasında baş verdiyi bildirilir.

“Hraparak.am”da yerləşdirilən videomaterialda dava iştirakçıları arasında Nikol Paşinyanın müşaviri Robert Qukasyanın da yer aldığı əks olunub.

Qeyd edək ki, bu gün “Yerablur”da Qarabağ müharibəsi iştirakçıları və müharibədə həlak olanların yaxınları toplaşıb. Onlar bildiriblər ki, Paşinyanın “Yerablur”a daxil olmasına imkan verməyəcəklər. Narazılar baş naziri "Satqın Paşinyan" şüarları ilə qarşılayıblar.

Bu zaman narazılarla baş nazirin tərəfdarları arasında toqquşmalar olub. Polis əməkdaşları müharibə iştirakçılarını, ölən hərbçilərin yaxınlarını və Paşinyana qarşı etiraz edən başqa vətəndaşları sıxışdırıblar.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Sudan meyiti tapılan şəxs görün kimdir - Axtarılırdı...
Bakıda bina yanır
Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub