Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4462
az

Bakıda jurnalist hamilə arvadını küçədə döyüb -

11:5013 Avqust, 2018
2724
KRİMİNAL
  • A
 
Bakıda ər arvadına ağır işgəncə verib. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Dünən isə işgəncə izlərini əks etdirən fotolar yayımlanıb.

Məlumata görə, jurnalist Anar Gəraylı bir neçə ay öncə ailə həyatı qurduğu Pərvanə Qurbanlını küçənin ortasında döyüb. Hamilə olduğu bildirilən P.Qurbanlı hadisə nəticəsində ağır xəsarət alıb.

Bundan öncə də dəfələrlə şiddətə məruz qaldığını qeyd edən Pərvanə Qurbanlı hüquq-mühafizə orqanlarına müraciət edib.O, “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məsələ ilə vəkili məşğul olur.
A.Gəraylı isə zənglərə cavab vermədiyi üçün onun münasibətini öyrənmək mümkün olmayıb.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı