Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44587
az

Dəhşətli hücum: Generallar da daxil olmaqla 35 nəfər öldürüldü

08:5819 Dekabr, 2020
1197
DÜNYA
  • A
Somalinin mərkəzi hissəsindəki Qalkayo şəhərinin stadionunda törədilmiş partlayış nəticəsində azı 35 nəfər, o cümlədən yüksək və ali rütbəli hərbçilər həlak olub. “Report” xəbər verir ki, bu barədə “Baidoa” portalı bildirib. Yerli “Shabelle” radiostansiyası dəqiqləşdirib ki, həlak olanlar arasında "Danab" xüsusi təyinatlı dəstəsinin elit briqadası bölməsinin komandiri, general Muxtar Abdi Aden, onun müavini, general Marşo və Qalkayonun keçmiş meri Mohamud Yasin Əhməd Tumay da var. Bundan başqa “Radio Muqdisho” radiostansiyaları həlak olanlar arasında digər yüksək rütbəli zabitlərin olduğunu əlavə edib. Hadisə ölkənin baş naziri Məhəmməd Hüseyn Roblenin ictimaiyyətə müraciət etmək üçün stadiona gəlməsindən bir neçə dəqiqə əvvəl olub. İlkin məlumatlara görə, partlayışı kamikadze törədib. Hadisə yeri Somalinin təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Stoltenberqin optimist bəyanatı
Lukaşenko ölkədə fəlakətə normal reaksiya verilməməsini tənqid edib