Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44586
az

Ermənistanda matəmdir

08:3819 Dekabr, 2020
9145
DÜNYA
  • A
Bu gündən Ermənistanda Dağlıq Qarabağda döyüş əməliyyatlarının gedişatında həlak olanlarla bağlı üçgünlük ümummilli matəm başlayıb. Bu barədə Oxu24.com xarici mətbuata istinadən xəbər verir. Hökumətin mətbuat xidməti daha əvvəl bildirib ki, matəm yürüşü şənbə günü "Respublika" meydanından "Yerablur" xatirə kompleksinə qədər davam edəcək. Yürüşə baş nazir Nikol Paşinyan başçılıq edəcək. "Yerablura təntənəli matəm yürüşü saat 13:00-da “Respublika” meydanından başlanacaq", - xəbərdə deyilir. Bundan başqa, müxalifət tərəfdarları da “Azadlıq” meydanından ayrıca təntənəli yürüş keçirmək niyyətindədir. Onlar müharibədəji uğursuzluğa görə Paşinyanı ittiham edirlər. Müxalifət liderləri həmçinin bildiriblər ki, baş naziri matəm tədbirlərinə buraxmayacaqlar. Bu, müəyyən gərginlik və müxalifətçilərlə və polis əməkdaşları arasında toqquşmalar imkanı yaradır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Stoltenberqin optimist bəyanatı
Lukaşenko ölkədə fəlakətə normal reaksiya verilməməsini tənqid edib