Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44559
az

Ermənilər Ağdam məscidini bu səbəbdən dağıtmayıb - Prezident açıqladı

20:5218 Dekabr, 2020
575
SİYASƏT
  • A

"Ağdam şəhəri yoxdur, o, dağıdılıb. Ağdam şəhərində qismən dağıdılmış bir məscid qalıb".

Bu barədə Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Azərbaycan Ordusunun əks-hücum əməliyyatının nəticələrindən danışarkən bildirib.

Dövlət başçısı Ağdam məscidinin ermənilər tərəfindən nəyə görə dağıdılmadığının səbəbini də ilk dəfə açıqlayıb:

"Biz maraqlananda ki, bütün başqa məscidlər kimi onu nə üçün dağıtmayıblar, bizə dedilər ki, bu, bir növ oriyentir idi, ərazidə səmti müəyyənləşdirmək üçün idi ki, əgər Azərbaycan Ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyaya hücumun dəqiq oriyentirlərini verə bilsinlər. Keçmiş Ağdam şəhərində, ondan qalan ərazidə səfərdə olmuş xarici jurnalistlər onu Qafqazın "Xirosima”sı adlandırırlar.

Mən hesab edirəm ki, bu, Xirosimadan da pisdir. Ona görə ki, Xirosima nüvə faciəsi, atom zərbəsi idi. Lakin oradan vandallar və barbarlar dəstəsi keçməmişdi. Bizə gəldikdə isə Ağdam şəhəri işğal ediləndən sonra dağıdılıb".

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Heç bir partiyaya ödənişsiz efir vaxtı verilməyəcək?
Vüqar Bayramov seçki ilə bağlı qərarını açıqladı
Prezident Zirvə toplantısında iştirak edir