Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44551
az

SON DƏQİQƏ! Rusiya və Azərbaycan anlaşdı: Bu qadağa götürüldü

20:1218 Dekabr, 2020
1705
CƏMİYYƏT
  • A

Rusiya hökuməti Azərbaycandan alma idxalı ilə bağlı məhdudiyyəti aradan qaldırdı.

Oxu24.com  yerli KİV-ə istinadən xəbər verir ki, dekabrın 21-dən etibarən “TurAz” MMC, “Ran Fruit”, “Əsədov Vaqif” müəssisələri tərəfindən becərilən almaların idxalına icazə verilir.

Bu icazənin Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təqdim olunmuş müvafiq fitosanitar nəzarətin artırılması, habelə monitorinqin nəticələrinə dair təqdim olunmuş məlumatlar əsasında verildiyi bildirilir.

Sadalanan müəssisələr bu il Avrasiya İqtisadi İttifaqı qaydalarına görə, karantini zəruri edən halların aşkarlanmadığı Şabran rayonunda fəaliyyət göstərirlər.

Xatırladaq ki, bəzi ziyanverici həşəratların aşkarlanması səbəbindən dekabrın 10-dan Rusiyaya Azərbaycandan alma və pomidor idxalına qadağa qoyulmuşdu.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Region gəncləri insan alveri mövzusunda maarifləndirilirlər
Körpə faciəli şəkildə öldü
Azərbaycanda milli mətbuatın yaranmasından 149 il ötür