Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44530
az

“Əhalinin 60 faizi yoluxduqdan sonra...” – Sərt karantin yalnız bu halda LƏĞV OLUNACAQ

16:3218 Dekabr, 2020
796
SON DƏQİQƏ
  • A
Məlum olduğu kimi ölkə üzrə koronavirus statistikası kəskin şəkildə artdığı üçün dekabrın 14-dən yanvarın 18-dək sərt karantin rejimi tətbiq edilib. Maraqlıdır, artıq bir ay tamamlandıqdan sonra yoluxma sayı nə qədər azalmalıdır ki, sərt karantin rejimi ləğv edilsin, əvvəlki həyata dönək? Mövzu ilə bağlı Sfera.az-a danışan Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov artıq bu ayın sonundan yoluxmanın azalacağını bildirib: "İndi ölkə üzrə koronavirus statistikası 4000-dən bir qədər çox göstərir, bəli. Amma bu rəqəmlər rəsmidir. Ətrafımda xeyli sayda insan var ki, koronavirusa yoluxsa da test vermir və rəsmi statistikaya düşmürlər. Bu baxımdan demək olar ki, yoluxma 6000-7000 arasındadır. Hazırda ölkədə 30-40 faiz insan koronavirusa yoluxub və bu böyük göstəricidir. Gedişat belə göstərir ki bir ay sonra bu rəqəmlər dəyişəcək və sərt karantin rejimi yumşaldılacaq. Yəni, əhalinin 50-60 faizi yoluxduqdan sonra artıq sərt karantin rejiminə ehtiyac qalmayacaq. Artıq bu ayın sonundan yoluxma sayının azalması gözləniləndir". Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Sudan meyiti tapılan şəxs görün kimdir - Axtarılırdı...
Bakıda bina yanır
Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub