Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44520
az

SON DƏQİQƏ! Ermənilər Azərbaycana qarşı təxribata hazırlaşır

13:5018 Dekabr, 2020
1417
SON DƏQİQƏ
  • A

Ermənistan əldə olunmuş razılığa əsasən, bu gün saat 17:00-da Qafan rayonunda nəzarət altında saxladığı 13 yüksəkliyi Azərbaycana geri qaytarmalıdır.

Oxu24.com  modern.az-a istinadən xəbər verir ki, Rusiya slühəmramlılarının vasitəçi olduğu razılaşma Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası çərçivəsində həyata keçirilir.

Amma qərarın icrasından yayınmaq üçün cəhdlər də qeydə alınıb. Belə ki, Gorus rayonunun Şurnuxu kəndinin icma sədri Akop Arşakyan kəndin yaxınlığındakı Azərbaycan ərazilərini tərk etməməyə çağırış edib.

O, kəndin Azərbaycanın Qubadlı rayonuna düşən hissəsini əldə saxlamaq üçün Ermənistan vətəndaşlarından könüllü döyüşmək üçün Şurnuxa gəlməsinə çağırış edib. Arşakyan razılaşmanın icra olunacağı təqdirdə Şurnuxu kəndinin bir hissəsi ilə yanaşı, Gorus-Qafan yolunun bəzi hissələrinin də Azərbaycanın ərazisinə düşəcəyini əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

SON DƏQİQƏ! Sudan meyiti tapılan şəxs görün kimdir - Axtarılırdı...
Bakıda bina yanır
Ermənistan-Azərbaycan sərhədində zəlzələ olub