İşçi Qruplarının fəaliyyəti nəticəsində 8 221 daşınmaz əmlaka ziyan dəydiyi məlum olub.
Nazirlər Kabinetindən verilən məlumata görə, onlardan 300 fərdi yaşayış evi, 75 yardımçı tikili və 10 çoxmənzilli bina tamamilə dağılıb.
222 nəqliyyat vasitəsinə ziyan vurulub, onlardan 21-i tam yararsız vəziyyətdədir. 989 baş mal-qara tələf olub.
Prezidentin müvafiq Sərəncamının (14 dekabr 2020-ci il) icrası nəticəsində ilkin mərhələdə evləri dağılmış və qəzalı vəziyyətə düşmüş 258 ailəyə 3.151. 500 manat (hər ailəyə 6 000 manat və hər ailə üzvünə 1500 manat), evlərinə ziyan dəymiş 5 885 ailəyə isə 5 milyon 885 min manat (hər ailəyə 1000 manat) yardım edilməsi nəzərdə tutulur.
Bərpası və təmiri mümkün olmayan əmlak sahibləri müasir layihələr əsasında tikilmiş yeni tikililərlə təmin olunacaqlar.
Bərpası və təmiri mümkün olan əmlaklar isə dövlət hesabına təmir və bərpa ediləcək.
Oxu24.com
ŞƏRHLƏR