Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44455
az

SON DƏQİQƏ! Azərbaycan və İran arasında mühüm görüş: Araz çayı üzərində...

19:2817 Dekabr, 2020
2679
SİYASƏT
  • A

“Ordubad” və “Marazad” Su Elektrik Stansiyalarının tikintisi və istismarı haqqında” Sazişlə tərəflərə həvalə edilmiş tapşırıqların, habelə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Sazişin müvafiq maddələrində nəzərdə tutulmuş tədbirlərin müzakirəsi məqsədilə müvafiq Texniki Komissiyaların növbəti görüşü dekabrın 14-16-da Naxçıvan Muxtar Respublikasında keçirilib.

Energetika Nazirliyindən Oxu24.com-a  verilən məlumata görə, iclasların əsas müzakirə mövzuları “Xudafərin” bəndində İran İslam Respublikası tərəfindən görülmüş işlər, su altında qalan Azərbaycan ərazilərinə dəyən ziyanın dəqiqləşdirilməsi və digər məsələlər olub.

Görüşlər çərçivəsində, həmçinin, “Ordubad” Su Elektrik Stansiyasının tikintisi aparılan əraziyə yerində baxış keçirilib və daha sonra tikinti prosesinin sürətləndirilməsi ilə bağlı geniş müzakirələr aparılıb.

Eyni zamanda “Marazad” SES-in tikilməsi ilə əlaqədar əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşlərin davam etdirilməsi planlaşdırılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Seçkilərə 1 048 nəfər namizədlik üçün müraciət edib
Heç bir partiyaya ödənişsiz efir vaxtı verilməyəcək?
Vüqar Bayramov seçki ilə bağlı qərarını açıqladı

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Cinayətdə şübhəli bilinən 73 nəfər saxlanıldı