Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
444
az

“Bibim evli idi, amma başqa kişi ilə görüşürdü” - Məhkəmədə şok ifadə

09:4110 Aprel, 2018
1009
KRİMİNAL
  • A
 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bibisini baltalayaraq öldürməkdə təqsirləndirilən Vüsal Şıxəliyevin məhkəməsi keçirilib.

Oxu24.com  qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası baş tutub.

V.Şıxəliyev elan olunan ittiham üzrə özünü təqsirli bildiyini deyib. O, bibisini yatdığı yerdə öldürüb.

V.Şıxəliyev bibisini namus üstündə öldürdüyünü bildirib: "Ailəli idi, uşaqları vardı, amma evdə başqa kişi ilə görüşürdü. Daha artıq nə olmalı idi? Özüm görməmişdim, amma şübhələnmişdim. Biz belə şeyləri qəbul etmirik, amma indi fikirləşirəm ki, səhv etmişəm. Onu xəstə oğlunun yanında öldürmək istəməzdim, elə bildim yanındakı nənəmdir. Oğlunu görsəydim, orada öldürməzdim".

Mərhum Yeganə İmamverdiyevanın əri məhkəmədə ifadə verərək Vüsalın yoldaşı haqda dediklərinin yalan olduğunu bildirib: "Vüsal avaranın biri idi, içirdi, başqa şeylər edirdi. Bir gün əvvəl də yoldaşımı döymüşdü, səhəri gün işə getdiyim üçün səbəbini soruşa bilmədim. Yoldaşım namuslu qadın idi".

Proses aprelin 18-da davam etdiriləcək.

İttihama görə, Abşeron rayonunun Masazır qəsəbəsində yaşayan 1994-cü il təvəllüdlü V.Şıxəliyev qısqanclıq zəminində bibisi, 1975-ci il təvəllüdlü Yeganə Şıxəli qızı İmamverdiyevaya balta ilə xəsarət yetirib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və orada ölüb. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Goranboyda 57 yaşlı kişi özünü asdı
88 yaşlı kişini maşın vurub öldürdü
Gəncədə şortikə görə yaranan mübahisə QANLA BİTDİ

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı