Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44350
az

Araik Arutyunyan istefaya gedir: "Detalları açıqlayacağam"

18:1816 Dekabr, 2020
529
DÜNYA
  • A

Qarabağ separatçılarının lideri Arayik Arutyunyan Dağlıq Qarabağdakı müharibəni daha tez və daha az itki ilə dayandırıla biləcəyini açıqlayıb.

"Novosti Armenia" agentliyi Arutyunyanın açıqlamasını sitat gətirərək məlumat verir.

Onun sözlərinə görə, bu 44 günlük müharibədə ictimai qınaq yaradan üç məsələ var.

“Əvvəla, müharibəni bu şərtlərlə 9 noyabrda bitirmək doğru idimi? Bir neçə dəfə bu suala vicdanla cavab verdim ki, o zaman alternativ böyük insan və ərazi itkiləri var idi”, - Araik Arutyunyan deyib.

Arutyunyanın sözlərinə görə, ikinci sual müharibəni nisbətən daha yaxşı şərtlərlə və daha az itkilərlə erkən bitirməyin mümkün olub-olmaması, üçüncü sual - Ermənistan Silahlı Qüvvələrini əvvəlcədən müharibəyə daha yaxşı hazırlamaq mümkün deyildimi?

"Son iki sualın cavabları müsbətdir, amma detallarını növbəti dəfə təqdim edəcəyəm", - Arutyunyan bildirib.

Arutyunyan istefaya hazır olduğunu da açıqlayıb, ancaq "prezident və parlament seçkilərinin çətinliklərinin öhdəsindən gəlmək" üçün şərt irəli sürdü. Eyni zamanda, Arutyunyan "Azad Vətən" partiyasının sədri vəzifəsindən imtina etdiyini əlavə edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İsrail bu ölkəyə zərbə endirməyə hazırlaşır: "Sürətli, gözlənilməz və çox kəskin olacaq"
Şəhid ailəsinin bütün üzvləri mənzil növbəsinə dayana biləcək
Türkiyə XİN-dən Omanda məscidə edilən silahlı hücumla bağlı AÇIQLAMA

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev