Qondarma separatçı rejimin “müdafiə naziri” Mikael Arzumanyan döyülüb.
Oxu24.com bu barədə sosial şəbəkələrin erməni seqmentinə istinadən xəbər verir.
Qondarma “müdafiə naziri”nin itkin düşmüş əsgərlərin valideynləri tərəfindən döyüldüyü qeyd edilir.
Məlumata görə, övladlarının axtarışı ilə bağlı suallara cavab ala bilməyən valideynlər Arzumanyanı döyüb,
Ermənistan hökumətini və separatçı rejimi əsgərlərə və ailələrinə qarşı laqeydlikdə günahlandırıblar.
Oxu24.com
ŞƏRHLƏR