Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44301
az

Ev şaraitində koronavirusdan sağalmağın YOLLARI AÇIQLANDI

21:4715 Dekabr, 2020
462
TİBB
  • A

Koronavirusa yoluxanları tibbə məlum olan düzgün mübarizə metodlaırndan istifadə etməklə sağaltmaq və bu xəstəliyə qalib gəlmək olar.

 Bunu “Ölkə.Az”a açıqlamasında  tanınmış kardioloq, millət vəkili Rəşad Mahmudov deyib.
 Onun sözlərinə görə, bunlar aşağadakılardan ibarətdir.

“Biirncisi,  lazımsız dərmanlardan uzaq durmaq. Yəni qripal və ya koronavirusa yoluxan xəstələr  həkim məsləhəti olmadan lazımsız sistemlər, dekzametazon və bu kimi dərmanlardan istifadə etməsidir. 

Bu qəbuledilməzdir və bir çox hallarda ağır  fəsadlarla, hətta ölümlə  nəticələnir. Çünki xəstəxanlara müraciət edənlərin çoxu ilkin mərhələdə düzgün müalicə metodundan istifadə etməməsidir. Sonradan belə insanları müalicə etmək çox çətin olur.

İkincisi, insanlar qripal və ya koronavirusun yüngül formasını tutan şəxslərin  laqeyd yanaşmasıdır. Belə ki, belə insanları  səhhətlərinə laqeyd yanaşır və hesab edir ki, ötüb keçər. Səhhəti ağırlaşan zaman xəstəxanaya müraciət edəndə isə artıq hər şey gec olur”- millət vəkili bildirib.

O əlavə edib ki,  hətta koronavirus xəsətəsi ilkin mərhələdə düzgün müalicə metodunda istifadə edərsə, ev şəraitində  belə tez sağala bilər: “Qripal və koronavirus əlaməti olan insan  təcili antiviral dərman vasitələrində istifadə etməli və 2 həftəlik yataq rejimində özünü müalicə etməlidir. Sizi əmin edirəm ki, xəstə zamanında antiviral müalicə metodundan istifadə edərsə, həm tez sağalar və xəstəliyin ağır formasını keçirməz.

Bunun üçün gərək xəstəliyin ilin anında bu dərmanlardan qəbul etməlidir. Belə olarsa xəstəxanaya müraciət edənlərin də sayı kəskin azalar. Antiviral dərmanlar isə favipiravirdir. Bu dərmandan 8 tabletka olmaqla hər 12 saatdan bir qəbul etməklə xəstəlikdən xilas olmaq olar. Bundan əlavə arbidol, arbivir, arbiflyu,tamiflyu kimi dərmanlardan  istifadə etməlidir. Bu yolla xəstəliyin ağırlaşmasının qarşısını almaq olar və xəstəlik yüngül keçər”.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Kişmiş suyunun sağlamlığa faydaları

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev