Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4428
az

Paşinyan kəşfiyyat şefini Qarabağa göndərdi

18:4411 Avqust, 2018
710
SİYASƏT
  • A
 Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan Azərbaycanın işğal edilmiş ərazisi olan Dağlıq Qarabağa səfər edib.

Oxu24.com xəbər verir ki, bu barədə qondarma Qarabağ rejimi rəhbərinin Mətbuat Xidməti məlumat yayıb.

Vanetsyan Xankəndində qondarma rejimin rəhbəri Bako Saakyanla görüşüb. Görüşdə əsas müzakirə mövzusunun İrəvanla qondarma rejim arasındakı münasibətlər olduğu bildirilib.

Qeyd edək ki, son günlər Ermənistanın yeni hökuməti Qarabağ klanına qarşı təzyiqlərini gücləndirib. Artıq Qarabağ klanının əsas liderlərindən biri olan Robert Köçəryan həbs edilib və digər üzvləri barədə araşdırmalara start verilib. Klanın digər lideri olan Ermənistanın eks-prezidenti Serj Sərkisyan isə bir müddət İtaliyada dincəldikdən sonra İrəvana, oradan isə birbaşa Xankəndinə gəlib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rusiya üçün kabusa çevrilən ÜÇ MƏSƏLƏ -Putin Trampla bu problemləri çözmək istəyir
Tramp Putinlə görüşə bilər -Hazırlıq gedir
İran səfiri Fransa XİN-ə çağırıldı