Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44275
az

Ermənistana ÖLÜMÜCÜL ZƏRBƏ: Yeganə çıxış yolu da ordumuzun NƏZARƏTİNƏ KEÇİR - ŞOK DETALLAR

18:3715 Dekabr, 2020
1018
ÖZƏL BÖLÜM
  • A

Ermənistanın kapitulyasiyasından sonra dövlət sərhədinin bərpası istiqamətində addımlar atılır.

Oxu24.com  Publika.az-a istinadla xəbər verir ki, Ermənistan işğal dövründə bir sıra istiqamətlərdə dövlət sərhədini qanunsuz olaraq irəli çəkib.

Hazırda bunun aradan qaldırılması prosesi gedir.

Kəlbəcərdə Azərbaycan-Ermənistan dövlət sərhədi BMT tərəfindən tanınmış xəritəyə uyğun yenidən qurulur. Söyüdlü (Zod) qızıl yatağının Azərbaycana məxsus olan 75 faiz hissəsinin təhvil verilməsi prosesi də həyata keçirilir.

Bununla yanaşı, Laçın istiqamətində dövlət sərhədinin bərpa edilməsi istiqamətində addımlar atılır.

Kornidzor kəndinin icra başçısının müavini Arkadi Xaçatryan deyir ki, Laçın azad edildikdən sonra 8 kilometr arxaya çəkilməyə məcbur olublar. Tex (tarixi adı Dığ) kəndinin icma rəhbəri Narses Şadunt bildirir ki, azərbaycanlı hərbçilər kəndə gələrək buranın Azərbaycana məxsus olduğunu deyiblər. Aravus kəndinin icma rəhbəri Aqram Hovsepyan da 750 metr geri çəkilməyə məcbur olduqlarını qeyd edir.

Ermənilərin şikayətləndiyi məsələ əslində dövlət sərhədinin beynəlxalq sənədlərə uyğun bərpa edilməsidir.

Ermənistanın baş naziri Nikol Paşinyan dünən bildirdi ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər toxunulmaz olaraq qalacaq. O, həmçinin, qeyd etdi ki, hazırda sərhədlə bağlı həll olunmamış məsələlər qalır, xüsusilə Zəngilan və Qubadlı məsələsi soyuq başla, sakit şəkildə həll olunmalıdır.

İki gün öncə Azərbaycan hərbçiləri Zəngilanın Ağkənd, Qazançı, Əkərək kəndlərini boşaltmaları üçün ermənilərə xəbərdarlıq etdi.

Erməniləri narahat edən məqam dövlət sərhədinin demarkasiyasından sonra Ermənistanı İranla birləşdirən strateji Gorus-Qafan yolunun təhlükə altına düşməsidir. Bunu Ermənistan üçün blokadadan çıxış üçün yeganə və ən real yol hesab etmək olar.

“İravunk” qəzeti yazır ki, hazırda erməni hərbi birləşmələri bölgədə yerləşiblər, lakin Nikol Paşinyan kapitulyasiya imzalayandan sonra onları çıxarmaq öhdəliyini götürüb.

“Nəticədə Gorus-Qafan yolu Azərbaycanın nəzarətinə keçir, o cümlədən, Qafan şəhəri və Şurnux kəndi sərhəd bölgəsinə çevrilib. Paşinyan Təhlükəsizlik Şurasının iclasında konkret ad çəkmədən İlham Əliyevin qarşşısında götürdüyü öhdəlikləri yerinə yetirəcəyini açıq şəkildə bildirdi. Gorus-Qafqan yolundan istifadə rəsmi Bakının icazəsi ilə mümkün olacaq. Bununla yanaşı, Zəngəzur bölgəsində də Azərbaycan Ermənistan üzərində üstün mövqe qazandı”, - qəzet yazır.

Dövlət sərhədinin yenidən çəkilməsi ilə Qafan şəhərinin hava limanının bir hissəsi Azərbaycan ərazisinə düşür və buna görə hava limanının istifadəsi mümkün olmayacaq. Ermənistan bu hava limanını ötən il böyük investisiya qoyaraq, sıfırdan inşa etmişdi.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ABŞ-Ermənistan hərbi təlimləri bölgədə kimə qarşı çevrilib? - TƏHLİL
Ramin İsayevin işi üzrə şok yeyinti- 54 milyon!
Eks-deputatın qızının adı siyahıdan çıxarıldı- YAP-ın yeni namizədi

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev