Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
4426
az

Zaqatalada leysan: FHN helikopter göndərdi

18:0611 Avqust, 2018
971
CƏMİYYƏT
  • A
 FHN Zaqatala və Balakəndə baş verən təbii fəlakətlə bağlı məlumat yayıb.

Nazirlikdən Oxu24.com-a verilən məlumata görə, 10-11 avqust 2018-ci il tarixlərində gecə və səhər saatlarında Respublikanın şimal-qərb rayonlarında yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonunun Höytala və Vöhtala kəndləri ərazisində Tala çayında və Balakən rayonunun İkitala kəndi ərazisində Katex çayında suyun səviyyəsi artıb, açıq ərazilər, kəndlərə gedən avtomobil yolları, bəzi həyətyanı sahələr yağış suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq subasma ərazisində köməksiz vəziyyətdə qalmış vətəndaşların təhlükəsiz əraziyə köçürülməsi, suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "Mi-17" helikopteri, Mülki müdafiə qonşunlarının şəxsi heyəti, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvəlləri və texnikası hadisə rayonlarına cəlb olunub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda bəzi ərazilərdə SU OLMAYACAQ
Düyüdə olan bakteriya kişinin cinsi orqanını "ZƏHƏRLƏDİ"
Bu qidalar şəkər xəstələrinə xeyirlidir

ABŞ-da 17 il əvvəl qəzaya uğrayan təyyarə və içindəki sərnişinin qalıqları tapılıb

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
İrkutsk vilayətində Tu-22M3 bombardmançı təyyarəsinin qəzaya uğraması videoya çəkilib
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Xoruz davaya səbəb oldu - 3 nəfər bıçaqlandı