Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44256
az

Ermənistandan daha bir təxribatçı və həyasız addım - İNANMAYACAQSINIZ!!!

13:4715 Dekabr, 2020
1732
DÜNYA
  • A

Dünyada hər zaman özlərini zavallı və yazıq kimi göstərən ermənilər bəzən elə addımlar atırlar ki, eşidəndə necə deyərlər “yer adamın ayağının altından qaçır”. Və bu zaman Azərbaycan xalqının nə qədər qorxulu və həyasız bir buqələmunla üz-üzə qaldığına təəssüflənirsən. Bildiyimiz kimi istər Ermənistandakı, istərdəki xaricdəki ermənilər pul dilənmədikləri, yardım istəmədikləri ünvan qoymayıblar.

Üstəlik, Ermənistandakı sosial-iqtisadi durum bu gün göz qabağındadır. Təsəvvür edin ki, növbədənkənar parlament seçkiləri keçirmək üçün ermənilər büdcədə pul tapmırlar. Di gəl ki, elə şeylərə pul xərcləyirlər ki, adam söz tapmır deməyə. İndi oxuyacağınız xəbər də bunun əyani göstəricisidir. Deməli, bu erməni millətçiləri noyabrın 9-da Azərbaycan tərəfinin səhvən vurduğu Mİ-24 helikopterinə abidə kompleksi tikirlər. İlkin tikinti işləri cəmi bir aya dekabrın 9-nadək başa çatdırılıb. Dekabrın 12-də (Ermənistanda Konstitusiya günüdür) baralyefin təntənəli açılışı olub. Tikinti işlərinə “Sülh” Beynəlxalq Erməni Humanitar Fondu sponsorluq edir. Ermənistanda nəşr olunan “Wargonzo”nun məlumatına görə, “ərazidə gələcəkdə böyük bir park və ekipaj üzvlərinin abidə-kompleksi qurulacaq.  Kompleksin açılışına isə Rusiya Federasiyasının prezidenti Vladimir Putin dəvət olunacaq(?)”.

Bu artıq sözün qurtardığı yerdir. Çünki bu  vəziyyətdə erməni həyasızlığını təsvir etməyə söz tapmıram. Yalnız, ermənilərin “milli qəhrəmanları və mənəvi ataları” olan Qaragen Njdeni xatırlayıb bir qədər sakitləşirəm. Çünki bu cür üsullar ermənilərin adi mübarizə yollarıdır. Xatırladım ki, Nijde öz konsepsiyasında erməniləri üç yerə bölürdü.

1.Tsexamardlar – qonşu dövlətlərin ərazilərinin işğalı uğrunda mübarizə aparan və lazım gələndə özünü qurban verən “ən yaxşı insanlar”.

2. Zoxovurdlar – fanatlar, idarə olunan dəstələr.

3.Takanklar – ermənilərin faşist millətinə çevrilməsinə qarşı olan “ən pis insanlar”.

Bax, Rusiya helikopterinə abidə qoyanlar da “tsexamardlar” cərəyanının üzvləridir. Bu gün  Ermənistanda bu cərəyanın kifayət qədər daşıyıcıları var. Onların fikri-zikri qonşu dövlətlərin ərazilərini işğal etməkdir. Bu hansı yolla olursa olsun. İstər hərbi, istər siyasi, istərsə də ki fizioloji (erməni qadınlarının şəhvəti hesabına) yolla. Ermənilərin helikopter qəzasına abidə qoyması da onların fikrincə, siyasi mübarizə yoludur. Amma bu yol nə qədər uğurlu olacaq? Onu zaman göstərəcək…

Surxay Atakişiyev,

KONKRET.az

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yüzlərlə rusiyalı uçuş gecikmələri səbəbindən Türkiyədə qalıb
Politico: AB liderləri Baydenin yarışdan çıxması ilə bağlı fikir ayrılığına düşdü
Çinin Rusiyaya yüksək texnologiyalı hərbi yardımı təqdim edir

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev