Azərbaycanın səlahiyyətli orqanlarına 12 nəfər təhvil verilib.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı, general-leytenant Rustam Muradov İrəvanın Erbuni hava limanında verdiyi açıqlamasında bildirib.
Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixdə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış sənədə əsasən, əsirlərin “hamını hamıya” prinsipi ilə mübadiləsi həyata keçirlir. R.Muradov əlavə edib ki, onun şəxsi nəzarəti ilə Rusiyaya məxsus təyyarə ilə 12 nəfər Bakıya çatdırılıb və rəsmi qurumlara təhvil verilib. Azərbaycan isə bunun qarşılığında 44 nəfəri erməni tərəfə təhvil verib.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib ki, danışıqlar iki həftə davam edib.
Xatırladaq ki, həmin razılaşmaya əsasən, bu gün günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.
Oxu24.com
ŞƏRHLƏR