Türkiyənin Manisa vilayətinin Gördes rayonunda əmisi oğlunu ödəniş əsasında Azərbaycanlı qadınla evləndirən kişi saxlanılıb.
Oxu24.com Unikal.org-a istinadən xəbər verir ki, Güneşlidə yaşayan 44 yaşlı A.R.T. əmisi oğlu K.G-yini azərbaycanlı qadınla birgə yaşamaq məqsədi ilə tanış edib.
O, buna görə, əmisi oğlundan 4 min lira pul alıb.
Qadın10 gün K.G ilə birlikdə yaşadıqdan sonra Azərbaycana qayıdıb.
Bundan bərk əsəbləşən K.G əmisi oğlu A.R.T.-dən şikayət edib. O, Azərbaycanlı qadın onunla yaşamadığı üçün əmisi oğlundan pulunu geri tələb edib.
Manisa polis əməkdaşları tərəfindən saxlanılan A.R.T izahatı alındıqdan sonra sərbəst buraxılıb. Oxu24.com
ŞƏRHLƏR