Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44205
az

Polis bu gəncləri tutdu  - Görün nə  ediblər

21:0814 Dekabr, 2020
679
  • A

Beyləqan Rayon Polis Şöbəsinə 1-ci Şahsevən kəndi ərazisində yerləşən şirkətlərin birindəki kassadan 89 000 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu24.com-a  verilən məlumata görə, dekabrın 13-də RPŞ-yə daxil olmuş müraciətlə əlaqədar olaraq müvafiq araşdırmalara başlanılıb.

“İsti izlərlə” və peşəkarlıqla davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 1-ci Şahsevən kəndində yaşayan İlkin Nərimanov və Vaqif Pənahlı oğurluqda şübhəli bilinərək saxlanılıblar.

Dindirilmə zamanı şirkətin əməkdaşı kimi fəaliyyət göstərən V. Pənahlının pulu oğurlayaraq İ. Nərimanova verməsi müəyyən edilib.

İ. Nərimanovun yaşadığı ünvana baxış keçirilən zaman döşəmənin altında sellofan paketdə gizlətdiyi, məbləğin bir qismi - 41000 manat və 1680 ABŞ dolları maddi sübut kimi götürülüb. 

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Oğurlanmış məbləğin digər qisminin də müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı
Bakı-Quba yolunda “BMW X5” aşdı - 2 nəfər öldü
15 yaşlı Sevinc öldürüldü, qonşusu yoxa çıxdı -DETALLAR

Yeni virus XƏBƏRDARLIĞI - Ürəkbulanma və mədə ağrısı ilə özünü göstərən infeksiya nədir?

18+

Şikayətə gedən qadın polis bölməsində zorlanıb
Bakıda marketdə baş vermiş qətlin dəhşətli VİDEOSU YAYILDI
Milli Qəhrəmanın adını daşıyan məktəb qəzalı vəziyyətdədir - FOTO
Əl-ayaqda şişkinlik ürəkdən, yoxsa böyrəkdəndir?
Binədə 7 evdən oğurluq edən şəxs saxlanıldı