MORQDA ayılan ƏSGƏRİMİZ VƏFAT ETDİ - FOTO
Xəbər verdiyimiz kimi, bir müddət öncə morqa aparılan azərbaycanlı əsgərin dirildiyi xəbərini vermişdik.
Məlumata görə həmin əsgər baş kəşfiyyatçı Hüseynov Elxan Maarif oğlu olub. Bildirilir ki, o, Şuşa və digər işğalda olan şəhər və kəndlərimizin azad olunmasında əvəzsiz xidmət göstərib.
Döyüş tapşırığını həyata keçirən zaman, snayper atəşi nəticəsində başından yaralanan Elxanın şəhid olduğu güman edilir və əsgər yoldaşları tərəfindən morqa aparılır. 2 gün morqda qaldıqdan sonra, 3-cü gün digər valideyinlər öz nəəşlərini təhvil götürməyə gəldikdə Elxanın "Xırıltısını " eşidiblər və onun sağ olduğunu anlayıb dərhal xəstəxanaya aparmaq qərarına gəliblər. Xəstəxanaya aparılarkən maşını minaya düşüb və möcüzəvi şəkildə həyatda qalmağı bacarıb, lakin daha da ağır yaralanıb. Elxan, Bakı şəhərində reanimasiyada koma vəziyyətində yatırdı.
Azerforum.com Sonxeber.az-a istinadən təəssüf hissi ilə xəbər verir ki, Elxan ötən gün koma vəziyyətindən çıxa bilməyib, nəticədə dünyasını dəyişib.
Allah rəhmət etsin.
Oxu24.com
ŞƏRHLƏR