Avqust ayının 9-da Dövlət Sərhəd Xidmətinin rəisi, Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev at çapma bacarığı ilə sosial şəbəkələrdə böyük marağa səbəb olan Gülay və onun atası ilə görüşüb.
Oxu24.com xəbər verir ki, 9 yaşlı Gülayın at belindəki məharətlərini əks etdirən görüntülər Atçılıq Federasiyası tərəfindən maraqla qarşılanıb. Gülay və atası Ağdam rayonunun Ətyeməzli kəndindən qaçqın düşərək Sumqayıt şəhərində məskunlaşan Fərzəliyev Vüsal Qəzənfər oğlu E.Quliyevlə görüşə dəvət olunub.
General-polkovnik Gülayın atçılıq idmanı ilə məşğul olması üçün zəruri olan süvari ekipirovkası ilə təmin edilməsi, ona məşq üçün tam şəraitin yaradılması, atası Vüsal Fərzəliyevin isə işə götürülməsi barədə tapşırıqlar verib.
Oxu24.com
ŞƏRHLƏR