Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44186
az

Sabah Bakı və Abşeronun bəzi ərazilərinin qaz təchizatında fasilələr olacaq

19:0014 Dekabr, 2020
479
CƏMİYYƏT
  • A

Dekabrın 15-də "Qaz İxrac" İdarəsinin balansında olan "Qaradağ-Xırdalan-Digah" magistral qaz kəmərinin 12,3-cü km-də təmir işləri aparılacaq.

"Azəriqaz" İB-dən Oxu24.com-a verilən məlumata görə, 8 dekabr tarixində yük maşını tərəfindən zədələnmiş kəmərin 6 metrlik hissəsində və dayaqlar üzərindən düşmüş 30 metrlik hissəsində vacib təmir işlərinin aparılmasına zərurət yaranıb. Bu işlər görülmədiyi təqdirdə yüksək təzyiqli qaz xəttinin istismarı dövründə təhlükəli durum yaşana bilər.

Buna görə də 15 dekabr səhər saat 09:00-dan işlər başa çatanadək bir neçə Qaz Paylayıcı Stansiyadan (QPS) qaz təchizatının müvəqqəti olaraq dayandırılması gözlənilir. Bu müddət ərzində Abşeron rayonu, Xırdalan şəhəri Mexkolon yaşayış massivi, Novxanı kəndi və bağlar ərazisi, Mehdiabad, Qobu, Daş Güzdək qəsəbələri, Binəqədi rayonu Biləcəri, Rəsulzadə qəsəbələri, Binəqədi kəndi, Gülüstan yaşayış massivi, 6, 7, 8, 9-cu mikrorayonlar, Xutor yaşayış massivi, Mədən ərazisi, Baksol yolu, Yasamal rayonu Yeni Yasamal yaşayış massivi, Şərifzadə, Vasif Əliyev, Xıdır Mustafayev küçələrində, Səbail rayonu, Salyan yolu, Bibi Heybət, Badamdar qəsəbəsi 3-cü massiv ərazisində, Qaradağ rayonu Lökbatan qəsəbəsi və Sədərək ticarət mərkəzinin yaxınlığında xarici dairəvi yolun kənarında fərdi yaşayış evlərinin qaz təminatında qısa fasilələr olacaq.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampa sui-qəsd cəhdini araşdırmaq üçün xüsusi qrup yaradıldı
Validə Abbasova transparan geyimdə -FOTOLAR
Vətəndaşların nəzərinə: bu ərazidə su olmayacaq

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev