Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44104
az

Azərbaycan əsgəri erməni uşağı haradan tapdı? - ŞOK DETALLAR

21:5813 Dekabr, 2020
1201
MÜSAHİBƏ
  • A

“O torpaqların hər qarışı, hər metri hansısa şəhidimizin, qazimizin qanı hesabına azad olunub. Bizim ordunun qabağına sanki ağ vərəqlərdən ibarət, bomboş bir kitab qoydular. Və hamı mürəkkəb əvəzi öz qanından istifadə elədi, başladı bu kitabı yazıb doldurmağa.Nəticədə dünyanın qarşısına qanla yazılmış böyük ensiklopediya, tarix kitabı qoyuldu. Bu kitabı indi bütün dünya oxuyur və oxuyacaq...”

Bu ibrətamiz kəlamlar İkinci Qarabağ müharibəsinin, yaxud müqəddəs Vətən savaşının qazilərindən biri, döyüşlər başlayan kimi könüllü olaraq orduya yazılan, Bakının Yasamal rayonunda doğulub-böyümüş qazimiz Orxan Məmmədzadəyə aiddir.

 

Cəbhənin Füzuli istiqamətində gedən ən ağır döyüşlərə qatılan və 20 gündən artıq şərəfli döyüş yolu keçən Orxan Məmmədzadə indi bu günlər barədə çox sakit, təmkinini pozmadan, əsl döyüşçü kimi danışır. Keçdiyi döyüş yolundan, şəhid olan dostlarından bəhs edir. Və deyir ki, müharibənin ilk günlərində Füzuli istiqamətində gedən ağır döyüşlərdə  8 kəndin azad olunmasında iştirak edib.

“Kənd deyəndə bir çoxlarına adi gələ bilər ki, kənddi də. Amma həmin kəndləri almaq uğrunda nə qədər şəhid verdik, yaralılar oldu...100 metr, 200 metr irəli getmək belə şəhid qanı hesabına baş verirdi”,-Orxan deyir.

Könüllülərdən ibarət dəstənin komandiri olan Orxan Məmmədzadə döyüşlərdə azı 38 düşmən əsgər və zabitini şəxsən məhv edib. Deyir ki, bu rəqəmə adı kimi əmindir, amma düşmən səngərlərinə atdığı qumbaralardan, üzbəüz döyüşlərdə atdığı güllələrdən daha nə qədər düşmənin məhv olduğunu dəqiq  bilmir.

Orxanın ən böyük şücaətlərindən biri isə Füzulinin azad olunmasından sonra düşmənin atıb getdiyi bir neçə aylıq körpəni həyatını riskə ataraq xilas etməsidir. Onun danışdıqlarından bəlli olur ki, düşmənin Füzulidə yerləşən hərbi hissəsinin yaxınlığında hansısa ferma olub. Fermanın yanında isə görünür orada işləyən ailənin yaşadığı ev var idi. Və ermənilər qaçarkən öz körpə uşaqlarını da orada atıb gediblər. Azərbaycan zabiti, döyüşçüsü isə düşmənin atıb getdiyi körpəni xilas etmək, nisbətən arxaya, təhlükəsiz yerə çatdırmaq üçün 8-9 kilometr məsafəni piyada, özü də düşmənin ardı-arası kəsilməyən minomyot, snayper atəşləri altında yol gedib...

“Biz də uşaqlara, qadınara əl qaldısaydıq olardıq onların tayı. O zaman döyüşdə həlak olsaydıq Allah yanında şəhid sayılmazdıq”,-Orxan deyir.

Bu igidin danışdıqlarını dinlədikcə düşmənin 1992-ci ilin fevralında Xocalıda süngüyə taxdığı azərbaycanlı körpələr göz önünə gəlir. Amma bundan utanıb yerə girməli olan da məhz düşməndir, əgər ermənilərdə azacıq da olasa vicdan varsa Orxanın 7-8 aylıq körpəni necə xilas etdiyini dinləyib xəcalət təri tökməlidir.

Orxan Məmmədzadənin  Prime Time saytına  danışdıqlarını oxuculara təqdim edirik:

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur”
Araz Ağalarov kamera qarşısına çıxdı - Hər şeyi açıqladı +VİDEO
Azərbaycanlı polkovnik Ukraynada həlak oldu

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR