Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44090
az

İybilmənin itməsi: COVID-19 və digər virus infeksiyaları zamanı qoxu itkisi arasındakı fərq

19:4113 Dekabr, 2020
869
TİBB
  • A

Koronavirusun əsas əlamətlərindən biri qoxu və dad hissinin itməsidir. Xüsusilə son dövrdə virusa yoluxanların əksərində bu əlamətlər müşahidə olunur. Bəzi mütəxəssislər isə qoxu, dad itkisinin tək Covid-19-a xas olmadığını, digər respirator virus infeksiyalarına yoluxmada da müşahidə edildiyini açıqlayırlar.

Oxu24.com  e-tibb.az-a istinadən bildirir ki, Rusiyadan olan terapevt Elena Selkova COVID-19 və kəskin respirator virus infeksiyaları zamanı qoxu itkisi arasındakı fərqi açıqlayıb.
Həkim yerli mətbuata açıqlamasında bildirib ki, koronavirus  zamanı  qoxu itkisi   burunun  selikli qişasında yığıtı olmadan, yəni burun axıntısı olmadan yaranır.

"Burun axmır onun  tıxanıqlığı və ümumiyyətlə,  nəfəs almaqda çətinlik olmur" deyən mütəxəssis, bir neçə gündən sonra xəstəliyin əsas əlamətlərinin görünməyə başladığını söyləyib.

Həkim əlavə edib ki, kəskin tənəffüs yolları xəstəliklərində qoxu hissi itir, ancaq bu zaman burunun selikli qişası tıxanır, bu bölgədə mucus yığılır və tıxanma hissi yaranır.
Bundan əvvəl E.Selkova, qoxu itkisinin tək koronavirus deyil, ciddi bir xəstəliyə işarə ola biləcəyini söyləyib. O qeyd edib ki, burunun selikli qişasının şişməsi ilə qoxu yox ola bilər.

Bir qayda olaraq, bu, xüsusilə yazda çiçəkləmə dövründə kəskin tənəffüs xəstəlikləri və ya allergik reaksiyalar səbəbindən baş verir. Əlavə olaraq, qoxu itkisi ürək böhranından sonra və ya burunun xəlbir sümüyünün qırılması ilə bağlı baş verə bilər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Kişmiş suyunun sağlamlığa faydaları

WhatsApp-da artıq daxili tərcüməçi var

18+

Qadın çılpaq vəziyyətdə küçəyə çıxdı (18+VİDEO)
Səidin meyiti tapıldı- Video
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
"Bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub" - Kamran Əliyev